Bu gün batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir”, "Nardaran-2", “Şirvan”, “Qızılqum”, “Corat”, “Neftçala”, “Şüvəlan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Qızılqum", “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.