Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Eyyub Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.