Yevlax rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Yevlax rayon prokurorluğundan bildirilib.
“Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılıb.
İstintaq aparılır.