İsmayıllı rayonunda iki gün əvvəl baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.