Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 8-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emil Qənizadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.