4 Dekabr 2023 09:23
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətməsi də məlum olub.

Polis əməkdaşları S. Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər