Gəncədə toyda bıçaqlanan şəxslərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bıçaqlanan 3-cü şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.
Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir
***
23:10
Gəncədə toyda dava düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlan ərazsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Münaqişə zamanı iki nəfər - 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaq xəsarəti alıb.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.