10 Dekabr 2023 12:25
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da saat 21 radələrində Masallı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər