Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, naməlum avtomobil yolu keçən piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.
Piyada aldığı ağır xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.