16 Yanvar 08:00
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım avtomobilləri ilə Aydıncık, Anamur və Silifke xəstəxanalarına aparılıblar. Polis və jandarma qrupları da bölgədə təhlükəsizlik tədbirləri görüb.

Hadisənin səbəbi hələlik məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər