1 Fevral 14:55
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Teleqraf.com-a Nərimanov rayon prokurorluğundan bildirib.

Xəbər verildiyi kimi yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 1988-ci il təvəllüdlü Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər