12 Fevral 10:23
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən 13000 manat dəyərində tikinti materialı oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İlkin Qocayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov