Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.