23 Fevral 10:40
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu ərazisində bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısının və mobil telefonunun oğurlanması, həmin bank kartından isə 469 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Akif Əliyev və Vəli Şamıyev müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, fevralın 17-də isə bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Telman Hüseynov və Elməddin Eyubov müəyyən olunaraq saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şağan qəsəbəsində evlərin birindən 1600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Babək İsmayılov və Elvin Əliyev saxlanılıblar.

Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahil qəsəbəsi ərazisində 3000 manat dəyərində avtomobil kondisioneri oğurlamaqda şübhəli bilinən Ramiz Əliyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov