29 Fevral 09:58
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ceyhun Qasımov şəhər ərazisində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Ruslan Əliyev və Samir Qurbanov şəhər ərazisində saxlanılıblar.

R.Əliyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı, 5 ədəd patron, həmçinin 500 qram marixuana və metamfetamin, S.Qurbanovdan isə 4 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov