28 Yanvar 2015 11:29
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, görüşdə ölkədəki ümumi vəziyyət, müxalifət düşərgəsinin mövcud durumu və toparlanmaq imkanları, Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan qurumların seçki blokunun formalaşdırılması, o cümlədən, VİP-AXP əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Ölkədə yaranmış vəziyyəti ətraflı dəyərləndirən partiya sədrləri əsas diqqəti müxalifət düşərgəsinin böhrandan çıxarılmasına və qarşıdan gələn parlament seçkilərində effektli iştirak formasının seçilməsinə yönəldiblər.

Real müxalifət qüvvələrinin bir araya gətirilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyini qəbul edən VİP və AXP sədrləri qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər