21 Aprel 01:05
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edənlər Azadlıq meydanını bağlayıblar və nəqliyyatın hərəkəti iflic olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

Nəqliyyat vasitələrinin sürücülərinin narazılıqlarını bildirmək üçün yüksək səslə siqnal verdikləri bildirilir. Hadisə yerinə patrul polis qrupları səfərbər edilib.

Aprelin 17-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan dövlətini ukraynalaşmadan qorumaq məqsədi daşıyır. Onun sözlərinə görə, ölkə bir neçə il əvvəl xarici qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə görə hakimiyyət dəyişikliyi təhlükəsi ilə üzləşib və Ukraynadan da pis vəziyyətə düşə bilərdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər