Villadan 150 milyon dollar oğurlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Ppolislər iş üzrə şübhəli bilinən 7 nəfəri saxlayıb.
Qeyd edək ki,dünən axşam saatlarında İstanbulda dəniz kənarında yerləşən villalardan birinə girən şübhəlilər evdəki seyfləri açıb. Açılan seyflərdən 150 milyon lirə dəyərində olduğu iddia edilən xarici valyutanı oğurlayıblar. Səhər saatlarında evə gələn işçilər oğurluq hadisəsini görüb və polisə məlumat veriblər.