30 İyul 23:02
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə 2024-cü il Olimpiya Oyunlarının beş iştirakçısı qarət edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qarət edilənlər Yaponya və Avstraliya millisinin üzvləridir.

Yapon reqbiçinin nikah üzüyü və üç min avrosu itib. Bundan başqa Avstraliya komandasının məşqçisinin bank kartı oğurlanıb və kartdan 900 avro çıxarılıb.

Qeyd olunur ki, zərərçəkmişlərin otaqlarında məcburi içəri girmə izləri aşkar edilməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər