Goranboyda 5 nəfər zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bir neçə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənənlər 2012-ci il təvəllüldü A.Kərimli, 2011-ci il təvəllüdlü A.Qasımova, 2009-cu il təvəllüldü S.Qasımova, 1982-ci il təvəllüdlü Q.Qasımov və 2009-cu il təvəllüdlü A.Kərimovadır.
İlkin məlumata görə, onlar qidadan zəhərləniblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.//Trend.az