15 Avqust 08:35
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron avqustun 14-də “Rafale” qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkəsində yazıb.

"Kapitan Sebastien Mabir və leytenant Matis Loransın “Rafale” təyyarələrində təlim uçuşu zamanı qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - paylaşımda qeyd edilir.

O, həlak olan pilotların ailələrinə və həmkarlarına başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər