Somalidə terrorçular hökumət qüvvələrinə məxsus avtomobili partladıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Somalinin cənubunda baş verib.
Yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.