ABŞ-da bir kişi evinə girən ayı ilə əlbəyaxa olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kaliforniyada baş verib.
Bir neçə günlük anasıgilə qonaq gedən kişi camaşırxanadan it yemi ilə dolu çantanın yoxa çıxdığını görüb. Kristofer Smit oğurluğun arxasında yenotların olduğuna qərar verdiyi üçün buna o qədər də məhəl qoymayıb.
Ancaq növbəti gecə o yaşadığı evdə ayı ilə qarşılaşıb. Ayı ona hücum edib və ayağından yaralayıb.