Fransada sinaqoqun yaxınlığında avtomobillər yandırılarkən içəridə 5 nəfər olub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.
"Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu hadisədən sonra yanğın yerinə gələn bələdiyyə polisinin və bir neçə nəfərin yaralandığını təsdiqləyib", - məlumatda deyilir.
Qeyd edək ki, Fransanın cənubunda sinaqoqun qarşısında iki avtomobilin yandırıldığı barədə informasiya yayılmışdı. Belə ki, naməlum şəxs avtomobillərin arasına qaz balonu qoyub.