Kinorejissor Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun fəaliyyətindəki sönüklüyün səbəblərini açıqlayıb.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, qurumun seçkilərdən sonra toplana bilməməsinin əsas səbəbi elə ziyalıların özüdür.
"Ziyalılar Forumunun toplanması üçün ilk növbədə ziyalıların özünün istəyi lazımdır. Mən Bakıda olanda İçəri Şəhərdəki evimdə toplantını təşkil edirdim. Azərbaycanı tərk edəndən sonra ziyalıların fəaliyyətində sönüklük yarandı. Digər tərəfdən, ziyalılar ehtiyat edirlər ki, onlara təzyiqlər edilə bilər. Ona görə də toplanmırlar. Hakimiyyət bu məsələdə onlara təzyiqlər göstərməməlidir", - deyə R.İbrahimbəyov bildirib.
Kinorejissor həmçinin qeyd etdi ki, o, Azərbaycan ziyalılarını daim fəal görmək istəyir: "İndi işlərimlə əlaqədar ölkədən kənardayam. Gərək ziyalılar öz aralarında müzakirə olunacaq məsələləri müəyyən edib taktiki addımları atsınlar. Mən onlara uğurlar arzulayıram".
Ruslan