16 Aprel 2014 18:22
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ali Məhkəmədə Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü, ömürlük həbs cəzası almış Məmməd Məmmədovun şikayətinə baxılacaq.

Bu barədə Teleqraf.com-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, M.Məmmədov 2003-cü ildə bir qrup gənclə dəstə yaradıb. Onlar Qarabağda partizan müharibəsi başlamaq istəyiblər, lakin həbs olunaraq azadlıqdan məhrum ediliblər. Ömürlük həbs cəzası alan M.Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib və iş yenidən baxılması üçün Azərbaycana göndərib. Bakı Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb. Cəmiyyətdə “Qarabağ partizanı” kimi tanınan M.Məmmədovun işinə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər