Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bərdə Rayon Polis Şöbəsinə rayon sakini Əli Məmmədovun 1500 manat müqabilində "Makarov" markalı tapança satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində Ə.Məmmədov saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.