10 Mart 2015 16:54
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Amerikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Paraqvaydan sonra Argentinaya gedib.

Trend-in məlumatına görə, Buenos-Ayresdə olan deputatlar səfər çərçivəsində Argentinanın xarici işlər naziri Hektor Timermanla görüşüblər. Görüşdə Azərbaycan-Argentina əlaqələri, ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd olunub ki, Argentina Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulub.

Səmimi keçən söhbət zamanı, həmçinin Azərbaycanın və Argentinanın qanunverici orqanlarında müvafiq dostluq qruplarının fəaliyyəti və qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığa verdiyi töhfələr müsbət qiymətləndirlib.

Görüşdə beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Deputatlarımız ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana hərbi təcavüzü və münaqişənin regiondakı vəziyyətə təsiri barədə məlumat veriblər.

Milli Məclisin üzvləri daha sonra Argentina Xarici İşlər Nazirliyinin Milli Xarici Xidmət İnstitutunda təqdimatda iştriak ediblər. Nümayəndə heyətinə Azərbaycanın Argentinalı Dostları Klubu adından ziyafət verilib.

Deputatlar səfər zamanı Argentinanın qanunvericilik və icra hakimiyyətinin üzvləri ilə görüşlər keçirəcək, Buenos-Ayres şəhərində müxtəlif mədəni və elmi tədbirlərdə iştirak edəcəklər.


Müəllif:

Oxşar xəbərlər