Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlini “İlin adamı” mükafatına layiq görülməsi münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, E.Məmmədov səfirlə söhbətində Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf etdirilməsi istiqamətində birgə layihələri müzakirə edib.
Qeyd edək ki, Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli “İlin adamı” proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb. Bu gün Kiyevdə mükafatın təqdimetmə mərasimi keçirilib.
Xatırladırıq ki, Eynulla Mədətli 2010-cu ildən Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışır. Tədbirdə qeyd edilib ki, E.Mədətlinin şəxsi səyləri sayəsində Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi münasibətlər fəallaşıb.
“İlin adamı-2014” mükafatının təqdimetmə mərasimində uğurlarına görə, digər şəxslər də mükafatlandırılıb.
Tədbirdə Azərbaycanın diaspor rəhbərləri də iştirak ediblər.