30 Mart 2015 16:53
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün gənclər siyasəti Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir”.

Teleqraf.com-un məlumatına görə, bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Prezident İlham Əliyev gəncliyin inkişafını daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif dövlət proqramlarının icrası da buna sübutdur.

“Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir. Biz YAP Gənclər Birliyi olaraq bu sənədin təbliği ilə bağlı bir çox tədbirlər həyata keçirəcəyik. Çünki həmin sənədi oxuduqda görürük ki, burada bütün kateqoriyadan olan gənclər nəzərə alınıb. Xüsusilə də, bu gün regionlarda gənclərin inkişafı, məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlər var. Həmin sənədin təbliği ilə də bağlı təşkilatımız bütün imkanlarını səfərbər edir”, – deyə S.Orucov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər