4 Aprel 2015 13:38
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr müavini Vurğun Əyyub Müsavat Məclisindən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə qərar Məclisin bu gün keçirilən toplantısında verilib.

Məclis sədri Nüşabə Sadıqlı bildirib ki, müsavatçılar Vurğun Əyyubun çıxarılması ilə bağlı təklif irəli sürüb.

Məclis üzvü Lətafət Məlikova təklifin əleyhinə çıxış edib: “İclasda üç dəfə iştirak etməyən şəxs avtomatik xaric olunur. Bu baxımdan çıxarılma kimi qəbul etmək doğru deyil”.

Başqan müavini Elman Fəttah və Divan üzvü Nemət Kərimli Vurğun Əyyubun adının Məclis üzvləri siyahısından çıxarılması təklifini veriblər.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli də təklifin əleyhinə çıxış edib.

İsa Qəmbər təkliflə bağlı münasibətini açıqlayıb.

“Nüşabə xanımı təbrik edirəm. Bu məsələ çox uzadılır. Bu məsələ səsverməyə çıxarılmamalıdır. Vurğun bəyin özü deyir ki, Məclis üzvü deyiləm. Azad insanın iradəsinə hörmətsizlik olunmamalıdır. Kifayət qədər təklif ediləsi məsələlər var”, - deyə o bildirib.

Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılıb.

İclasda Məclisin boş qalan 27, MNTK-nın isə 4 yerinə seçkilər keçiriləcək. Məclisdə boş qalan yerlər uğrunda 28, MNTK-da isə 3 namizəd mübarizə aparır.


Müəllif: