Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı dəyərləndirib.
Teleqraf.com-un məlumatına görə, “twitter” səhifəsində deyib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir:
PA rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: "Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür".