12 Aprel 2015 20:32
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Suraxanı rayon təşkilatı martın 27-də Şura iclasının ləğvi barədə Nəzarət-Təftiş Komissiyasının qərarına etiraz edib.

Teleqraf.com xəbər verir ki, rayon təşkilatının sədri Rövşən Dəmirli başda olmaqla 15 nəfər bəyan edib ki, Şura iclasında iştirak etməyən 4 nəfərin şikayəti əsasında təşkilatın qəbul etdiyi qərarların ləğv edilməsinə etirazlarını bildirirlər.

Müraciətdə deyilir: “Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) şikayət edən şəxslərdən azı ikisi Müsavatın qurultayına qədər heç bir iclasda və digər tədbirlərdə iştirak etməyiblər, özək sədrlərinə onlara zəng etməməyi, nə vaxt fəaliyyət göstərəcəklərini özləri müəyyənləşdirəcəyini bəyan etmişlər. Bu şəxslər uzun müddətdir ki, üzvlük haqqını açıq şəkildə ödəməkdən imtina ediblər. Sadəcə təşkilatda birliyin qorunub saxlanılması üçün ciddi cəza tədbirlərindən çəkinilib.B iz MNTK-nın bu şəxslərin ərizəsi əsasında rayon təşkilatı ilə bağlı qərarını ədalətsiz və o Şurada iştirak edən şəxslərə qarşı hörmətsizlik kimi dəyərləndirir, bu qərara yenidən baxıb onu ləğv etməyi tələb edirik.

1. Rövşən Dəmirli – rayon təşkilatının sədri
2. Fəxrəddin Əhməd - sədr müavini
3. Arifə Hüseynli - sədr müavini
4. Namiq Məmmədov - sədr müavini
5. Aqil Həsənli - özək sədri
6. Rahib Mirələmov - özək sədri
7. İlqar Pənahlı - özək sədri
8. Tofiq Məmmədli - özək sədri
9. Etibar İsmayılov - özək sədri
10. Xatirə Allahverdiyeva - özək sədri
11. Tahir Əliyev - Şura üzvü
12. Zakir İsmayılov - Şura üzvü
13. Sultan Eyvazlı - Şura üzvü
14. Rəfiqə Qədimbəyli - Şura üzvü
15. Yadigar İsmayılov- Şura üzvü

Qeyd edək ki, martın 27-də Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura iclasında rayon ərazisindəki 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Qərara əsasən 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədlikləri irəli sürülüb.

Lakin sözügedən qərar ləğv edilib. Belə ki, MNTK partiyanın Suraxanı rayon təşkilatı barədə verilən şikayətə baxıb. Suraxanı təşkilatının Şura üzvü Fəzli Mehdiyev və digər iki nəfərin şikayətinə əsasən təşkilatın martın 27-də keçirilən Şura iclasının qərarları ləğv edilib. Onlar iclasa dəvət edilmədiklərini əsas gətirərək Şuranın qərarlarından MNTK-ya şikayət veriblər.


Müəllif:

Oxşar xəbərlər