15 Aprel 2015 21:45
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 14-15-də Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın baş naziri xanım Laimdota Straujuma ilə keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunuq ifadə olunub. İkitərəfli siyasi münasibətlərin ruhuna uyğun olaraq iqtisadi və ticarət əlaqələrinin daha da inkişafi üçün mütəmadi əsasda biznes forumlar və işgüzar görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Latviyanın Avropa İttifaqına sədrliyə başlaması münasibəti ilə təbrik edən E.Məmmədyarov Latviyanın sədrlik dönəmini uğurla başa vuracağını əminliyini bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov Azərbaycanın bu təşkilatla əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu bildirib və enerji sahəsində Aİ və Azərbaycan arasında strateji xarakterli münasibətlərin mövcud olduğunu qeyd edib.

Baş naziri L.Straujuma Azərbaycanın Avropa İttifaqının enerji sahəsində vacib tərəfdaşı olduğunu qeyd edib və Azərbaycanın Avropa İttifaqı çərçivəsində may ayında keçiriləcək Şərq tərəfdaşlığı üzrə Riqa sammitində ən yüksək səviyyədə iştirakını səbirsizliklə gözlədiklərini bildirib.

E.Məmmədyarov iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinin ən yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb və Latviyanı təmsil edən atletlərin uğurlu çıxışına ümidvar olduğunu qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər