Müsavat Partiyası parlament seçkilərinə hazırlığa start verib. Rayon təşkilatlarının əksəriyyəti namizədləri müəyyən ediblər. 70-ə yaxın dairə üzrə namizədlər təklif olunub.
Bu barədə Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası Təşkilat Komitəsinin rəhbəri Razim Əmiraslanov bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası parlament seçkilərində təkbaşına iştirak etmək niyyətindədir.
R.Əmiraslanov Müsavat Partiyasının keçmiş və indiki başqanları – İsa Qəmbər və Arif Hacılının da seçkilərdə iştirak edəcəyini qeyd etdi. Hər iki şəxsin hansı dairə üzrə namizəd olacaqları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Ruslan