17 May 2015 17:16
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına artıq öyrəşməliyik”.

Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları ermənipərəst dairələrin fəaliyyətidir. S.Rüstəmxanlı deyib ki, bütün bunlar Azərbaycanda gedən inkişafı görmək istəməyən, müsəlmanları və türkləri gözü götürməyən erməni təbliğatının tərkib hissəsidir: “Bu cür kampaniyalar Bakıda keçirilmiş “Eurovision” yarışması ərəfəsində də baş vermişdi. Ancaq biz bütün bunlara və ölkədə narazılığın yaranmasına imkan verməməliyik. Çünki Azərbaycanı gözü götürməyən dairələr çoxdur”.


Müəllif:

Oxşar xəbərlər