3 İyun 2015 16:01
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq qurumlar ikili standartlara yol verir”.

Bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, beynəlxalq təşkilatlar problemin həllində qətiyyətli mövqe tutmurlar. Onun sözlərinə görə, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

“Azərbaycan xalqı bununla bağlı Prezident İlham Əliyevin tutduğu mövqeyi dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr, eləcə də bu ali qurumun sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın işğalçılıq siyasəti yürütməsi ucbatından heç bir nəticə verməyib”, – deyə B.Səfərov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər