Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov A.Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.
A.Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb. E.Məmmədyarov A.Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.
Səxavət