4 İyun 2015 17:17
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in üzvü olan bir ölkə digər ölkənin ərazisini işğal edib. Hesab edirəm ki, bu, təkcə Azərbaycana qarşı deyil, eləcə də dünya birliyinə qarşı aqressiyadır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, ATƏT Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycana geri qaytarmağa borcludur. Çünki bu, ATƏT-in vəzifəsidir. Onun sözlərinə görə, işğalçı ölkənin bu məsələdə tutduğu mövqe ATƏT-ə qarşı saymazlıqdır.

“ATƏT bu məsələyə çox ciddi reaksiya verməlidir. Bu, iki ölkə arasında olan incident deyil. Sözügedən məsələ Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onu ayaq altına almaq və ciddi özbaşınalıqdır. Əgər ATƏT bu məsələyə sussa, əslində özünün əsas fəaliyyət prinsiplərinə və özünə hörmətsizlik etmiş olar. Dünya ATƏT-in sədri vasitəsilə bir daha yəqin etdi ki, Ermənistan bu gün özünün beynəlxalq aləmdəki fəaliyyətini orta əsrlər təfəkkürü ilə qurmaq fikrindədir. Bu baxımdan biz ATƏT-in və onun sədrinin öhdəliyini yerinə yetirəcəyinə ümid bəsləyirik”, – deyə A.Mirzəzadə vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər