6 İyun 2015 00:57
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan, Qazaxıstan və Qırğızıstan deputatlarından ibarət müşahidəçi missiyası iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək.

Milli Məclisin deputatı Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər missiyasının səfər zamanı Ali Seçki Komissiyasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, xarici işlər nazirinin müavini Naci Koru ilə görüşləri də nəzərdə tutulub.

Səsvermə günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra məntəqələrə baş çəkəcəklər.

Missiya tərəfindən parlament seçkilərinin qiymətləndirilməsinə dair mətbuat konfransı iyunun 8-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər