10 İyun 2015 17:00
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda sosial-iqtisadi baxımdan daim inkişaf tendensiyası müşahidə olunur”.

Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dünyada baş verən qlobal proseslərə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə sosial layihələrin heç biri təxirə salınmayıb. Onun sözlərinə görə, bu, düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsidir.

“Ölkəmizdə davamlı olaraq müxtəlif kateqoriyalar üzrə əməkhaqları artırılır, aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı səviyyəsində vurğulanıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu ölkəmizdə sosial layihələrin, proqramların həyata keçirilməsinə heç bir problem yaratmayacaq. Bu amil isə Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir. Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir”, – deyə komitə üzvü qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər