23 İyun 2015 12:39
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq gecədən başlayaraq küçələrə çıxan kütlə prezident Serj Sərkisyanın iqamətgahına doğru yürüş edib və oturaq aksiyaya başlayıb. Lakin Ermənistan polisi İrəvanın mərkəzində keçirilən oturaq aksiyanı bu gün səhərə yaxın dağıdıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən politoloq Arzu Nağıyevin fikrincə, İrəvandakı etiraz aksiyası Avropa İttifaqı və Rusiya arasındakı seçimin düzgün edilməməsindən irəli gəlir. Onun sözlərinə görə, Ermənistan rəsmiləri demək olar ki, son vaxtlar həm xarici, həm də daxili siyasətdə hərtərəfli tənəzzülə uğrayıblar və bu da onun acı nəticəsidir: “Bilirsiniz ki, bu gün ortaya atılmış enerjinin bahalaşması məsələsi də Rusiya ilə bağlıdır, yəni ARMENERJİ bütövlükdə Rusiyanın inhisarındadır”.

Qərbin indiyədək məsələyə mövqe bildirməməsinə toxunan politoloqun sözlərinə görə, yəqin bu gün keçirilən təmizləmə əməliyyatından sonra insan haqlarının pozulması ilə bağlı Qərb tərəfindən müəyyən bəyanatlar olacaqdır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər