3 İyul 2015 16:47
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMİP Lideri Etibar Məmmədovun partiyanın təsis olunmasının ildönümü münasibəti ilə Milli İstiqlalçıları təbriki edib.

Teleqraf.com-a daxil olan müraciətdə deyilir:

“ Hörmətli Milli İstiqlalçılar! Sizi AMİP-in təsis olunmasının 23-cü ildönümü münasibəti ilə təbrik edir, hər birinizə möhkəm can sağılığı, şəxsi həyatınızda və ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ötən əsrin 80-ci illərinin sonlarıdan başlayan Milli Azadlıq Hərəkatı öz nəticəsini verdi. Xalqımızın uzun illərin ardıcıl və yorulmaz mübarizəsinın bəhrəsi olaraq Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Beynəlxalq aləmin ayrılmaz subyektinə çevrilən məmləkətimizdə müasir dövrün tələblərinə və demokratik ənənələrə uyğun siyasi sistemin formalaşdırılmasına ciddi zərurət duyulurdu. Bu tələbatı və tarixi ehtiyacı həyata keçirilməsi məsuliyyətini üzərimizə götürməklə cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı və əzmkarlığı ilə ilk siyasi təşkilatın Azərbaycan Milli İstiqlal Partiyasını təsis etdik. Bununla da, cağdaş Azərbaycan siyasi tarixində təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsasını və yeni dövrün başlanğıcını qoyduq. İlk rəsmi qeydiyyatdan keçən və özündə on minlərlə vətəndaşımızı birləşdirən AMİP qısa zaman kəsiyində ölkənin aparıcı siyasi qüvvəsinə və xalqın inanc və güvənc yerinə çevrildi. Partiya yeni dövlət quruculuğunda və demokratik dəyərlərin ölkəmizdə bərqərar olmasında böyük tövhələr verdi. AMİP eyni zamanda yeni siyasi kadrların yetişməsində, siyasi mübarizənin sivil formalarının tətbiqində novator rol oynadı. AMİP-çilər həm demokratik dəyərlər uğrunda mübarizə aparır, ölkəmizi beynəlxalq aləmdə yerinin möhkəmlənməsində və genişləndirilməsində əlindən gələni əsirgəmir, həm ərazi bütövlüyümüz uğrunda və işğala qarşı döyüşür, həm də Milli Ordumuza hər cür dəstəyini əsirgəməyib. Vətən uğrunda canından keçən və hər cür fədakarlıqlar göstərən milli istiqlalçı silahdaşlarımızı bir daha sayğı ilə yad edirik. Hörmətli, Milli İstiqlalçılar! Bu gün də ölkənin aparıcı partiyası olaraq ali dəyərlər və müqəddəs ideyalar uğrunda aparılan mücadilənin önündəyık. Heç nə Sizləri üzərinizə götürdüyünüz missiyandan imtina etməyə, sadiq olduğunuz prinsiplərdən və ideyalardan yayındırmağa müvəffəq ola bilməyib. Bu yolda hər cür fədakarlıqlar və əzmkarlıqlar göstərmisiniz. Arzularımızın və istəklərimizin həyata keçirilməsi gün çox da uzaqda deyil. Bir zamanlar əl çatmaz ideya hesab edilən müstəqilliyimizə, azadlığımıza istiqlal və istiqrarımıza qovuşa bildiyimiz kimi, çiçəklənən, yüksək inkişaf edən, böyük və bütöv Azərbaycanın qurulmasına da tezliklə nail olacaqğımıza qəti əminəm. Azərbaycan xaqlının xoşbəxtliyə çatmasında, sülh və təhlükəsizlik içərsində firəvan yaşamasında, eləcə də dünyanın ən aparıcı və inkişaf etmiş dövlətlərindən birinə çevrilməsində, haqq və özgürlüklərin qorunmasında birlikdə çəkdiyimiz böyük zəhmətin və əməyin qürurunu yaşamaqdan gözəl heç nə ola bilməz. Sizləri bu ildönümü münasibəti ilə bir daha təbrik edir, Sizlərə bundan sonra da götürdüyünüz tarixi missiyanı daşımağa güc-qüvvət, apardığımız müarizədə qətiyyət və dönməzlik arzulayıram. Bu illər ərzində bizimlə birlikdə çiyin-çiyinə olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm.

Ulu Tanrı Sizləri qorusun! Hörmətlə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının Lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini.

Cavidan


Müəllif:

Oxşar xəbərlər