İtaliyanın nüfuzlu “beyin mərkəzi” olan Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu (İSPİ) “Cənubi Qafqaz regionunda əməkdaşlığın çərçivələri: Azərbaycan, Gürcüstan və Türkiyə – enerji strategiyasının kölgəsində üçtərəfli diplomatiya” adlı hesabat yayıb. Hesabatın müəllifləri Venesiya Universitetinin və İSPİ-nin elmi işçisi Karlo Frappi və Roma Tre Universitetinin professoru Marko Valigidir.
Hesabatda göstərilir ki, bəzi hallarda Qərbdə bir sıra akademik dairələr və regionla məşğul olan diplomatlar Qafqazı gələcəyi olmayan perspektivsiz bölgə kimi dəyərləndirirlər. Regionda mövcud münaqişələr bölgənin gələcək inkişafı yolunda ən böyük maneə olsa da, göstərilən coğrafiyaya bu cür yanaşma əslində Qərbin onların dəyərlərindən fərqli əsaslarla nizamlanan istənilən siyasi münasibətləri qeyri-səmərəli və dağıdıcı kimi yanlış qiymətləndirmə meyilindən irəli gəlir. Buna baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin bir-birindən asılı, eyni zamanda, bərabərhüquqlu münasibətləri müasir dövrdə Qafqaz-Xəzər regionunda prosesləri təhlil etmək üçün başlanğıc nöqtəsidir. Əməkdaşlığın əsası enerji sahəsində qoyulsa da, bu sahə üçtərəfli əməkdaşlığın daha da dərinləşməsinə imkan verib.
Səxavət