24 İyul 2015 10:23
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli keçirdikləri sayca 7-ci Elat bayramı -Böyük Birlik Bayramı ərəfəsində əsas təməl şüarları, fəaliyyət istiqamətləri və tələbləri açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, müraciətdə qeyd olunur ki, Gürcüstanın, Azərbaycanın, Türkiyənin və Güney Qafqazın maraqlarının uzlaşdırılması, regional təhlükəsizliyin təmininə yardım əsas kimi götürülüb. Fəaliyyətin şüarları və istiqamətləri isə aşağıdaki kimidir: “Azərbaycan-Gürcüstan-Türkiyə dostluğu regionda sülhün və təhlükəsizliyin qarantıdır!

Regionda təhlükə mənbəyi olan etnik separatçılığa və bütün növ bölücülüyə qarşı mübarizə əsas hədəflərimizdir.

Qarabağsız Azərbaycan, Abxaziya və Cənubi Osetiyasız Gürcüstan yoxdur!

Gürcüstanın Konstitusiyasına sayğı, ərazi bütövlüyünə hörmət hər birimizin borcudur.
Soydaşlarımızın Gürcüstan Konstitusiyası və Beynəlxalq hüquqda təsbit olunmuş hüquqları təmin olunsun!

Soydaşlarımızla gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyası üçün daha münbit şərait yaradılsın!
Zəlimxan Məmmədli və Salman Murğuzova Gürcüstan tərəfindən tətbiq olunmuş giriş-çıxış haqqında yasaq qərarı əsassızdır və dərhal dəyişdirilməlidir.

Gürcüstanda ədalətsiz olaraq dəyişdirilmiş tarixi Azərbaycan türk toponimləri bərpa olunsun!

Gürcüstan hər bir gürcünün olduğu kimi Borçalı türklərinin də milli dövlətidir.

İkili vətəndaşlıq haqqında iki dövlət arasında qanunvericilik aktı qəbul edilsin!

Gürcüstanda milli Azərbaycan-türk məktəblərinin statusunun toxunulmazlığı təmin olunsun!

“Borçalı” Cəmiyyəti Gürcüstan siyasi hakimiyyəti tərəfindən bu dövlətin diaspora təşkilatı kimi tanınsın!

Cavidan


Müəllif: