31 İyul 2015 21:12
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və QDİƏT PA-nın baş katibi Asəf Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində işgüzar səfərdə olublar. Üç günlük səfər zamanı bir sıra görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyəti YAP ilə Bolqarıstanın hakim GERB Partiyası arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə partiya sədrinin müavini və icra aparatının rəhbəri, deputat Tsvetan Tsvetanovla görüşüb. Görüşdə partiyalararası əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb. Həmçinin seçkilərin keçirilməsi texnologiyalarının müasir aspektləri müzakirə edilib.

Nümayəndə heyəti Bolqarıstan parlamentində də olub və sədr Tsetska Tsaçeva ilə görüşüb. Görüşdə parlamentlər arasındakı sıx əməkdaşlıqdan söhbət açılıb və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Daha bir görüş isə parlamentin sosial siyasət komitəsinin sədri Svetlana Angelova və Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Remzi Osmanla keçirilib.

Bolqarıstanın kənd təsərrüfatı naziri Desislava Taneva, Sofiya İnvestisiya Qrupunun rəhbəri Valia Çilova və parlamentin iqtisadiyyat komitəsinin sədri Piyotr Knyov ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif: