22 Avqust 2015 21:09
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Azərbaycan Milli İstiqlal Partiyası “Qarabağ” Bloku ilə qarşıdan gələn parlament seçkiləri məsələsində birgə iştiraka dair danışıqlar aparırdı.

Bu haqda mətbuatda da məlumat yayılmışdı. Sonradan bəlli oldu ki, tərəflər anlaşmayıb. Daha doğrusu, Ümid Partiyasının danışıqlar prosesində oyun oynaması anlaşmaya mane olub.

Əldə etdiyimiz dəqiq məlumata görə, danışıqlar prosesində Ümid “125"lər Siyasi Klubunun da bu prosesdə ayrı tərəf kimi iştirak etməsini istəyib və bunda təkid edib.

AMİP isə bunun qəbuledilməz olduğunu elan edərək danışıqlar prosesindən dərhal geri çəkilib. AMİP-dən sonra ADP də analoji addım atıb.

Qeyd edək ki, avqustun 24-dən sonra AMİP özünün namizədlər siyahısını açıqlayacaq

Cavidan


Müəllif:

Oxşar xəbərlər