Sentyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəlir.
Yerli mətbuatda yayılan rəsmi məlumata görə, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələrin aparılması nəzərdə tutulub.