10 Sentyabr 2015 16:41
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Həmrəyliyi Partiyası bitərəf olaraq mənim namizədliyimi irəli sürüb”.

Bu fikirləri VHP tərəfindən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyi irəli sürülən, AMEA-nın Fələsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi Faiq Qəzənfəroğlu deyib. O bildirib ki, deputatlığa namizədliyinin irəli sürülməsinə razılıq verməsində əsas məqsədi cəmiyyətdə yeni ziyalılara ehtiyacın olması ilə bağlıdır: “Azərbaycan cəmiyyəti artıq milli ziyalı mövqeyini də görməlidir. Mən deputat seçiləcəyimə inandığım üçün buna razılıq verdim. Çünki Azərbaycan cəmiyyətində yeni sözə və milli aydına çox ehtiyac var. İlk növbədə aşılanmaqda olan milli dəyərlərimiz üçün mücadilə verəcəm. Əgər seçicilər layiqli namizəd görsələr tərəddüdsüz səs verəcəklər. Binəqədi seçicilərinə inamım tamdır. Onlar bütün hallarda layiqli, mövqeyi olan namizədə səs verəcəklər. Eyni zamanda deputat seçilərəmsə, AMEA-nın və onun işçilərinin nüfuzunu parlament səviyyəsində bərpa etməyə çalışacam. İlk növbədə, “Elm haqqında” qanunun alimlərin xeyrinə həll edilməsi üçün əlimdən gələni edəcəm. Alimə alim kimi yanaşmayan cəmiyyət kordur".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər