Milli Məclisin fövqəladə iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də Avropa Parlamentinin məlum qətnaməsi ilə əlaqədar çıxış edib.
Millət vəkili parlamentin sədri Oqtay Əsədovla həmrəy olduğunu deyib: “Qətnamə əslində Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin zədələnməsinə xidnmət edir. Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yekcins deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındırlar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur. Bir dəfə Avropa Parlamentinin üzvlərinə dedim kİ, 5-6 nəfərə görə Azərbaycana qarşı sanksiya tətbiq etməyi gündəmə gətirirsiniz, bəs niyə bir milyona qədər insanı qaçqın hala salan, on minlərlə insanı qətlə yetirən, on minlərlə insanı əlil edən işğalçı Ermənistana qarşı belə sanksiya haqda danışmırzınız, gündəmə gətirmirsiniz?”.
Qüdrət Həsənquliyev daha sonra Yaxın Şərqdə baş verən duruma diqqət çəkib: “Yaxın Şərqi qana boyadılar. Misiri qana buladılar. Misirdə demokratiya qurdular? Bir generalı digər generalla əvəzlədilər. Suriya rifah dövləti idi, nə günə qoydular, dövləti dağıtdılar. Liviyanı nə günə qoyduqları da bəllidir. Bu qətnamə qərəzlidir. Fikrimcə, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması, dövlətin öz torpaqlarının azad edilməsi məsələsində ciddi addımlar atması ilə bağlıdır. Tdəndə görünür ki, bu qətnamə ermənilərə xidmət edən, amma Avropa Parlamentinin marağına xidmət etməyən sənəddir”.
BAXCP sədri daha sonra qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini zənn etmir: “Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik”.
Nemət